09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Trampa XƏBƏRDARLIQ

28.08.2018

Avropa İttifaqı ABŞ-ın Avropa mallarına əlavə vergi tətbiq edəcəyi təqdirdə buna qarşılıq veriləcəyi barədə xəbərdarlıq edib.
Anadolu informasiya agentliyi xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Daniel Rosario gündəlik mətbuat konfransında bildirib. "Təbii ki ABŞ Avropa mənşəli məhsullara əlavə vergi tətbiq edəcəyi halda Aİ buna dərhal qarşılıq verməyə hazırdır”, - Rosario belə deyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan avtomobillərə 25 faiz əlavə gömrük rüsumu qoyulacağını söyləmişdi. İyul ayında isə Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Donald Tramp Ağ evdə görüşərək iqtisadi əlaqələri müzakirə etmişdilər.