18 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU-nun dosenti vəfat etdi

26.01.2022

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Ələkbər oğlu Sədrəddinov vəfat edib.

Bu barədə universitetdən məlumat verilib.

Qeyd edilib ki, S. Sədrəddinov 1941-ci il sentyabrın 27-də anadan olub. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, "Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.