Orta Asiyanın elektrik sistemi çökdü  
    
                          
     
                         25.01.2022
 
    
                        Orta Asiyanın bütün energetika sistemi çöküb.
"Devran Media" xəbər verir ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın əksər regionlarında elektrik enerjisinin verilişi dayandırılıb.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində elektrikin olmaması səbəbindən içməli su kəsilib.
Özbəkistanın da əksər regionlarında içməli suyun verilməsində problemlər yaranıb. Paytaxt Daşkənddə metronun fəaliyyəti dayanıb.
Qırğızıstan mətbuatının məlumatına görə, Mərkəzi Asiyanın bütün energetika sistemində açılmalar baş verib. Hazırda bərpa işləri gedir. Məlumata görə, yaxın saatlarda Qırğızıstanda elektrik enerjisinin verilişi bərpa olunacaq.
Elektrik sistemində açılmalara səbəbin Qazaxıstandakı tranzit xəttinin həddən artıq yüklənməsi göstərilir.