25 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

24.01.2022

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.

"DM" Trend-ə istinadən bildirir ki, bu barədə məsələ parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Belə ki, komitənin iş planında Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası yanvarın 17-dən başlayıb.