20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Norveçin nəhəng neft-qaz şirkəti ilə “Qarabağ” layihəsi müzakirə edilib

21.01.2022

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, görüşdə şirkətlər tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən "Qarabağ” layihəsinin gedişi, eləcə də "Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, "Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir. Görüşdə həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən, "Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərindən danışılıb.

Xatırladaq ki, Norveçin "Equinor” şirkəti (keçmiş "Statoil”) və SOCAR Azərbaycanda "Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, "Qarabağ” yatağının işlənilməsi və "Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər. 2018-ci ilin may ayında "SOCAR Karabakh” və "Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənilməsinə dair Risk Xidməti Sazişi imzalayıblar.