25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

21.01.2022

Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.

"Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.