27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəmizdə hemofiliya xəstələrinin sayı AÇIQLANIB

21.01.2022

Hazırda Azərbaycanda 1 737 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova məlumat verib. 

Ölkəmizdə hemofiliya ilə bağlı statistik rəqəmləri açıqlayan mütəxəssis bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələrinin ev şəraitində müalicə olunduğunu qeyd edib:

"Xəstələr stasionar və ambulator şəraitdə müalicə alırlar. Xəstəlik respublika ərazisində Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda daha çox yayılıb. Hemofiliya irsi genetik xəstəlik olduğu üçün daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Ona görə bu xəstələrdə daimi əlillik və ölüm riski ola bilər”.