19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Lavrov “Rusiya Gürcüstan münasibətlərindən bəhs edib

21.01.2022

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.Onun sözlərinə görə, Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

O eyni zamanda vurğulayıb ki, təmasların bərpası prosesi "ikitərəfli hərəkət yolu” olmalıdır: "Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.