16 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Hikmət Hacıyev: " Azərbaycan xalqı məğrur xalq kimi bu faciəsini yad edir”

20.01.2022

"20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”
"DM" xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin dövrdə sovet qoşunları tərəfindən "Udar” hərbi əməliyyatı həyata keçirildi:

"Lakin bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi. Həmin dövrdə SSRİ informasiya blokadası yaratmışdı. 20 Yanvar faciəsi haqqında ictimaiyyətə ilk məlumatı çatdıran Ulu öndər Heydər Əliyev olub.

Bu isə 20 Yanvar faciəsi ətrafında yaradılan informasiya blokadasını yardı. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə 20 Yanvar hadisələrinə respublika səviyyəsində qiymət verildi. Allah şəhidlərimizə rəhmət etsin. Biz bu il 20 Yanvar faciəsini ötən illərdən fərqli qeyd edirik. Azərbaycan xalqı artıq məğrur xalq kimi bu faciəsini yad edir”.