20 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Trendyol" məhsullarını alıcılara birbaşa çatdıracaq

19.01.2022

Türkiyənin məşhur elektron ticarət platforması - "Тrendyol" məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq.

Bu barədə şirkətin prezidenti Çağlayan Çətin məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə məhsullarının əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq.

"Platformamızda hər bölgədən minlərlə satıcı var. Satdığımız malların 75 %-i Türkiyədə istehsal olunur. Məqsədimiz Türkiyədəki məhsullarını Avropa və Yaxın Şərq ölkələrində müştərilərin qapısına çatdırmaqdır. Biz bu məhsulların elektron ixracının texnoloji və logistika infrastrukturuna böyük sərmayə qoyacağıq, bununla da istehsalçıları 500 milyon müştəri ilə görüşdürəcəyik. Bunun üçün platformamıza alman və ərəb dilləri də əlavə olunacaq.

Gələcək 5 ildə həm ölkə daxilində, həm də xaricinə 5 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Bu əməliyyatlar üçün xaricdə şirkətlər alınmasını da nəzərdən keçiririk. Bəzi sərmayələri isə sıfırdan edəcəyik. İnvestorlarımız da bizə inanır və öz sərmayələri ilə bizi dəstəkləməyə hazırdırlar", - deyə Ç.Çağlayan qeyd edib.

O, həmçinin bildirib ki, ötən il "Тrendyol" 265 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 150 milyon dollarlıq hissəsi birbaşa, 115 milyon dolları isə dolayısı ilə həyata keçirilib. Əsas ixrac istiqaməti Avropa ölkələri olub.