20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Afət Fərmanqızı ailə həyatı qurdu - VİDEO

19.01.2022

Müğənni Afət Fərmanqızı şəxsi həyatı ilə gündəmə gəlib.
"Üzbəüz" verilişinə dəvət olunan sənətçi sevdiyi şəxslə evlilik yolunda ilk addım atdığını bildirib. Fərmanqızı Rusiyada nikaha daxil olduğunu deyib:

"İstədim, hamıya kütləvi cavab verim. Bunun üçün video paylaşdım ki, sabah haradasa onunla görüntülənsəm, deməsinlər ki, bu kimdir? Oğurluq etməmişəm, kiminsə həyat yoldaşı deyil ki, çəkinim, ikimiz də subayıq nədən ehtiyat etməliyik ki? Azərbaycanlıdır, amma Rusiyada böyüyüb. Mənə 15 il əvvəl evlilik təklifi etmişdi, amma "yox" demişdim. Rusiyada proseslər tez olduğu üçün orada nikahımız oldu. Hər kəs bilsin ki, ərə getmişəm. Şou biznesdə yeganə müğənniyəm ki, həyat yoldaşımın üzünü açıq şəkildə paylaşmışam".

Qeyd edək ki, bu, Afət Fərmanqızının ikinci evliliyidir. Onun ilk ailə həyatından bir oğlu var.

Ətraflı videoda: