20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbi xidmətdən yenicə qayıdan gənc dəm qazından öldü

19.01.2022

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.
Hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. 

Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib. 

Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparsa da, oğlan orada dünyasını dəyişib.

Qeyd edək ki, iki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.