29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sadovod” bazarında minaatan mərmisi tapılıb

18.01.2022

Moskvanın cənub-şərqində yerləşən "Sadovod” bazarının ərazisində İkinci Dünya müharibəsi illərinə aid minaatan mərmisi tapılıb.

 Rusiya paytaxtının Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsininin verdiyi məlumata görə, əraziyə istehkamçılar cəlb olunub.

"Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən "Sadovod” bazarında müharibə illərinə aid minaatan mərmisi tapılıb. Sursatın tapıldığı yer mühasirəyə alınıb, istehkamçılar çağırılıb”, - deyə Rusiya FHN nümayəndəsi bildirib.

Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarax İliyevin "Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

Bazar Moskva Dairəvi Yolunda 40 hektar ərazidə yerləşir və 8 000 mağazadan ibarətdir.