07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabiq deputat apellyasiya şikayəti verdi

18.01.2022

Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdə o da bildirilir ki, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.

Qeyd edək ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.