27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan nefti bahalaşıb

17.01.2022

Azərbaycanın "Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 87,45 ABŞ dolları təşkil edib.
Devran Media-nın məlumatına görə, son həftə ərzində neftin bir barelinin orta qiyməti ötən həftə ilə müqayisədə 3,08 ABŞ dolları qədər və ya 3,65 faiz artıb.

Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 14 yanvar tarixində qeydə alınıb və 89,12 ABŞ dollarına bərabər olub.

Son həftə ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 10 yanvar tarixində qeydə alınıb və 84,67 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, əvvəlki həftə ərzində "Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 84,37 ABŞ dollarına bərabər olub.