28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava şəraiti ilə bağlı bağlı sürücülərə XƏBƏRDARLIQ

17.01.2022

 "Ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu xəbəbdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

"Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq”, - deyə agentlikdən bildirilib.