06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

27 avqustda doğulanlar - Vasim Məmmədəliyev

27.08.2018

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.
Vasim Məmmədəliyev (Məmmədəliyev Vasim Məmmədəli oğlu) — şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997)
1959-1964 - BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 - Tbilisi Dövlət Universitetində aspirant.
1978-ci ildən professordur.
1981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
1989 - İraq Elmlər Akademiyası, 1994 - İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 - Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 - Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
1991-1992 - BDU-nun prorektoru.
1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
1992 - Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
2001 - AMEA-nın müxbir üzvü seçilmişdir.
2002 - «Şöhrət ordeni» ilə təltif edilmişdir.
2003 - Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
2007 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.
Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədridir.
Ailəlidir, iki qızı, bir oğlu var.