03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin Azərbaycandakı səfiri paylaşım edib.

14.01.2022

 Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün "Twitter” hesabından paylaşım edib.

"Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla əlaqələrinin əsasını cümhuriyyətimizin qurucusu Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının vəhdəti təşkil edir”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa Bəyannaməsi” ilə atdıqları imzalar iki qardaş ölkə arasında əlaqələri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırıb.

"Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”, - deyə diplomat sözlərini yekunlaşdırıb.