Mədəniyyət Nazirliyində yenilik 
    
                          
     
                         14.01.2022
 
    
                        "Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir".
"Devran Media" xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nazirlik layihəyönümlü mərhələyə keçid edir: "Bunun məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. İstəyirik ki, nazirliyin strategiyası və baxışının həyata keçirilməsi effektiv olsun".