25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

FHN əməliyyat görüntülərini yayıb - VİDEO

14.01.2022

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən Qusar rayonunda "LADA” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.