03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis əməkdaşları bir sıra əməliyyatlar keçirdib

14.01.2022

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışını həyata keçirən  və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov saxlanılıb.

Şəxsi axtarış  zamanı ondan "TT” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron və sandıqça aşkarlanaraq götürülüb. Tapançanı meşədə gizlətmək istəyən M.Məmmədov polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə yaşadığı ünvanda narkotiklərin və psixotrop maddələrin satışını təşkil edən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Gərəkli kənd sakini Teymur Mehdiyev saxlanılıb. 

Onun evinə baxış keçirilən zaman oradan "patı”,”şüşə” kimi tanınan metamfetamin, metadon həbləri və külli miqdarda heroin aşkar edilib. 

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər  rayon sakini - İbrahim Xəlilov, İsa Qurdayev, Rəfael Əliyev və Şahmar Soltanov tutularaq məsuliyyətə cəlb edilib. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana və heroin götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Keçirilən digər tədbir zamanı isə rayon sakinləri Emin Hüseynov və Səfər Şərifov saxlanılıb. Üzərilərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.