05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnternet problemi olanların nəzərinə

13.01.2022

Texnologiya dövründə hələ də Bakıətrafı kənd və qəsəbələrdə internet sarıdan əziyyət çəkənlər var. İnsanlar ya internetin ümumiyyətlə yoxluğundan, ya da sürət zəifliyindən şikayətlənirlər. Bəs bu problem nə zaman birdəfəlik həllini tapacaq? Aidiyəti qurum bu məsələyə aydınlıq gətirib.

Müsahibəsini dinlədiyiniz bu şəxslər hansısa ucqar kənd sakinləri yox, bakıətrafı kənd və qəsəbələrdə yaşayanlardır. Ancaq problemləri ortaqdır. Bəzilərində internet ümumiyyətlə yoxdur, bəzilərini isə internetin sürəti qane etmir

Bu problem xüsusilə pandemiya dövründə özünü biruzə verdi. Distant təhsil dövründə internetin olmamasına görə, hətta dərslərdən kənar qalan şagirdlər də oldu. Virusun təsirləri azalsa da, vətəndaşların internet problemi bitmək bilmir ki, bilmir. İnterneti olmayanlara əksər vaxtı "qutuda yer yoxdur" deyilir. Olanlar isə zəif sürətli internetlə qane olmağa məcbur qalırlar

Məsələ ilə bağlı Bakı Telefon Rabitəsi MMC-dən bildirdilər ki, bu problemin kökündən həll edilməsi üçün artıq işlərə başlanıb. Paytaxt sakinlərinin sürətli internetə əlçatanlığı tam təmin ediləcək

Bildirildi ki, layihə mərhələli və planlı şəkildə icra edilir. Telekommunikasiya infrastrukturu tam inşa edilən ərazilərdə sakinlər 1 xətt üzərindən 3 xidmət əldə etməyə başlayıblar.

Bununla bərabər, yeni texnologiyanın sürət problemini də həll edəcəyi bildirilir

Ümumilikdə Bakı və ətraf kənd və qəsəbələrin internet məsələsinin 2024-cü ilə qədər tam həll ediləcəyi gözlənilir.