06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya qarşı yeni sanksiyalar

27.08.2018

ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Interfax informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.
Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından "həssas” texnologiyaların satışı), həmçinin 1961-ci il "Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə (humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılması istisna olmaqla) qadağalar daxildir.
Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək.
Eyni zamanda, sanksiyalar ölkələrin kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.
Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha "ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın "Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər.

Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən "lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər.

Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi.