28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə kino ulduzu Bakıya gəlir

13.01.2022

Türkiyə kinosunun ulduzu Hazal Kaya Azərbaycana gələcək.
21 yanvar saat 19:00-da Park Cinema Flame Towers-də Kayanın iştirakı ilə "Benden Ne Olur?" filminin gala gecəsi keçiriləcək.

Qeyd edək ki, bu filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.  Hazal Kaya "Adını Feriha Koydum" və "Bizim Hikaye" seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə Worlds Most Beautifuls internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.

Qeyd edək ki, "Benden Ne Olur?" təgdimat günü, yanvarın 21-də Azərbaycana gələcək. Qonaqlar həmçinin ertəsi gün Bakıda qalmağı, daha sonra Türkiyəyə qayıtmağı planlaşdırırlar. Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qala gecəsi üçün biletləri Park Cinema (parkcinema.az) və iTicket (iticket.az) internet saytlarından əldə edə bilərlər.