09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İkinci Dünya müharibəsinə aid bomba tapılıb

02.02.2018

Çinin Honqkonq xüsusi inzibati rayonunun ərazisində İkinci Dünya müharibəsi zamanı atıldığı güman olunan partlamamış iri bomba tapılaraq zərərsizləşdirlib.
Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir ki, təxminən 400 kiloqram çəkisi olan bombanı inşaat sahəsində çalışan fəhlələr tapıblar. Dərhal polisə xəbər verilib. Bir sutka davam edən əməliyyat zamanı mütəxəssislər bomba üzərində dəlik açaraq, barıtı yandırmaqla onu zərərsizləşdiriblər. Yağışlı hava əməliyyatın gecikməsinə təsir göstərib. Əməliyyata görə ətraf ərazidən təxminən 4300 nəfər təxliyə edilib.
Qeyd edək ki, bu, həmin ərazidən tapılan və İkinci Dünya müharibəsində Honqkonqun yapon hərbçilərinin nəzarətində olduğu vaxt ABŞ hərbi təyyarələri tərəfindən atıldığı güman olunan ikinci bombadır.