29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"TURKOVAC" peyvəndi ilə bağlı AÇIQLAMA

12.01.2022

Koronavirus əleyhinə istifadəsinə başlanılan Türkiyənin "TURKOVAC" vaksini ən az "CoronaVac"
vaksini qədər təhlükəsiz və təsirlidir.

Bunu Koronavirus Elmi Komitəsinin üzvü professor Serhat Ünal və professor Mine Durusu Tanrıöver "TURKOVAC" peyvəndi ilə bağlı açıqlamalarında bildiriblər.

M.Tanrıöver qeyd edib ki, "CoronaVac" və "TURKOVAC"ın yan təsirləri eynidir:

""TURKOVAC" ən az "CoronaVac" qədər təhlükəsiz və təsirlidir. "TURKOVAC" peyvəndi tətbiq edilən şəxslərdən xəstəxanaya yerləşdirilən cəmi 3 xəstə var idi. Onların heç birinin oksigenə ehtiyacı yox idi, hər hansı bir fəsad olmadan evə buraxıldılar", - deyə o bildirib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksinin tətbiqinə icazə verilib, həmin gündən etibarən vaksinin kütləvi istehsalı başlayıb. Yaxın zamanlarda vaksinin Azərbaycana da gətiriləcəyi gözlənilir.