03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli futbolçu faciəvi şəkildə ölüb

11.01.2022

Xəbər verdiyimiz kimi, Türkiyənin "Konyaspor” klubunun futbolçusu Ahmet Çalık idarə etdiyi avtomobili ilə qəza törədərək faciəvi şəkildə ölüb. 

Artıq Türkiyə mətbuatında 28 yaşlı müdafiəçinin düşdüyü qəzanın anbaan görüntüləri yayılıb. 

Videoda futbolçunun avtomobili sürətlə idarə etməsi, daha sonra qəzaya uğraması əks olunub.

Çalıkın avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi və bunun da ölümünə səbəb ola biləcəyi ehtimal edilir. O, Ankaraya nikahı üçün tarix seçməyə gedirmiş.

Qeyd edək ki, 2020-ci ildən "Konyaspor”da çıxış edən oyunçu səkkiz dəfə Türkiyə yığmasının formasını geyinib. 

2017-2020-ci illərdə "Qalatasaray”ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.