03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KTMT Qazaxıstandan çıxır

11.01.2022

KTMT-nin sülhməramlı kontingenti Qazaxıstan ərazisində terror təhlükəsinin qarşısının alınması vəzifəsini sürətli şəkildə yerinə yetirib. Buna ilk növbədə rus desantların Suriyadakı əks-terror əməliyyatında əldə etdikləri döyüş təcrübəsi hesabına nail olundu.

Bu sözləri hərbi politoloq, Q.V.Plexanov adına RPİ-nin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

"Rusiya Daxili İşlər Nazirliyi Şimali Qafqazda beynəlxalq terrorizmlə mübarizə təcrübəsindən çoxdandır ki, istifadə edir və həmin təcrübəni inkişaf etdirir. Rusiya ordusunun generallarının Gürcüstanda qazandıqları bacarıq və vərdişlər də var. Yuxarıda qeyd olunan təcrübə əsasında Rusiya hərbçiləri və xüsusi xidmət orqanlarının nümayəndələri tövsiyələr hazırlayıb, onların Qazaxıstan güc strukturları üçün tətbiqinin səmərəliliyini praktikada nümayiş etdirdilər. İndi Qazaxıstanın ordusu, xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları müstəqil şəkildə ekstremist qruplarının qarşısını ala bilərlər, çünki onların əsas hissəsi rus desantların və Qazaxıstan güc strukturlarının birgə əməliyyatları zamanı məhv edilib.

Bundan əlavə, KTMT sülhməramlılarının mühüm dövlət obyektlərini nəzarətə götürərək, Qazaxıstan SQ-nin və digər güc strukturlarının qüvvələrini öz ölkələrinin ərazisində terrorçu və kriminal quldur dəstələrinin məhv edilməsi üçün azad etməsi də az rol oynamayıb", - ekspert qeyd edib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Tokayev KTMT sülhməramlılarının ölkədən iki gün sonra çıxarılmasına başlanacağını bildirib.