03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əlillik təyinatında mühüm DƏYİŞİKLİK

11.01.2022

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra daha çox insan əlillik ala biləcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, dəyişikliklər qüvvəyə mindikdən sonra 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

"İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq. Əvvəllər xəstəliyinə görə əlillik ala bilməyənlər dəyişikliklərdən sonra əlillik almaq imkanı qazanacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Qeyd edək ki, dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.