28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Açıq havada KONSERT

27.08.2018

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.
 "Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.
Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.
Bir-birindən coşqun ifaları izləyən uşaqlar, gənclər və yaşlılar, eləcə də paytaxt sakinləri və qonaqlar incəsənət ustalarının səsinə səs verdilər, onlarla birlikdə rəqs etdilər. Əlbəttə ki, heç kim bu gözəl anları öz telefonunun yaddaşına köçürməyi də unutmadı.
"Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.