03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı hərbi ekspert: Qarabağ Azərbaycandır

11.01.2022

KTMT Ermənistanın ərazi iddialarını heç vaxt dəstəkləməyəcək. Qarabağ Azərbaycandır, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, beynəlxalq birlik də bu fikirdədir.

Bunu rusiyalı hərbi eksperti İqor Korotçenko deyib.

"KTMT-nin Baş katibi Stanislav Zas dəfələrə deyib ki, nə 44 günlük müharibə, nə də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr zamanı təşkilatın müdaxiləsi üçün heç bir səbəb olmayıb. Yeri gəlmişkən, əgər Nikol Paşinyan Tokayevin yerində olsaydı, onu heç kim xilas etməyəcəkdi... Çünki prinsipial fərq var. O, KTMT ölkələrinin liderləri üçün yaddır. Hazırda Paşinyan rol oynayır, hansısa dividendləri əldə etməyə çalışır”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, Ermənistan "ingilis bayrağı siyasəti”ni yürüdür, bununla da opponentlərinin onsuz da zəif olan inamını itirir:

"Ermənistan hər zaman gah ABŞ-a, gah Fransaya, gah İrana, gah da KTMT-yə ümidlənir, özü heç nəyə qadir deyil. Ermənilər ya öz ölkələri daxilində nəsə etsinlər, ya da Fransaya gedib, orada öz "fransız artsax”ını yaratsınlar. Təbii ki, əgər Fransanın xüsusi xidmət orqanları və prezidenti buna imkan verərsə... Biz isə bu cəhdlərin nə ilə nəticələnəcəyini müşahidə edəcəyik".