01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağsaqqallar Şurasının üzvü vəfat etdi

11.01.2022


Sumqayıt Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü vəfat edib.
 Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

Qeyd edək ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və  şuranın üzvü seçilib.

2014-cü ilin 19 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  "Tərəqqi” medalı ilə təltif olunub.