01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN şagirdin bıçaqlaması ilə bağlı açıqlama verib

11.01.2022

"Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb”. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib:

"Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib”.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Belə ki, 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi məktəbdən kənar ərazidə digər məktəbli tərəfindən bıçaqlanıb.