01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Parlamentinin sədri David Sassoli vəfat edib

11.01.2022


Avropa Parlamentinin sədri David Sassoli dünyasını dəyişib.

O, ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Bildirilir ki, 66 yaşlı siyasətçi İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sisteminin pozulması səbəb olub.

Qeyd edək ki, həkimlər ötən ilin sentyabrında Strasburqda xəstəxanaya yerləşdirilən D.Sassolinin vəziyyətini normal qiymətləndirirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə aparılmışdı. D.Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya çatdırılmışdı.

Keçmiş televiziya jurnalisti David Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.