06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda 5 marşrut xəttinin hərəkət sxemi dəyişib

10.01.2022


Bakıda 5 marşrut xətinin hərəkət sxemində dəyişiklik olunub.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev prospekti və Babək prospeklərtindən keçməklə təşkil edilib.

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi - Landau küçəsi - Şəfaət Mehdiyev küçəsi - Bəxtiyar Vahabzadə küçəsi - Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.


33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.

Bundna başqa, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.