05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gənclər arasında müəmmalı ölümcül xəstəlik yayılır

07.01.2022


Kanadanın Nyu-Bransuik əyalətində təxminən iki ildir ki, gənclərə təsir edən naməlum nevroloji xəstəlik halları qeydə alınıb.

Mütəxəssislər qeyd edir ki, zaman keçdikcə müəmmalı xəstəlik əsasən gənclərdə müşahidə edilir.

Bu halların çox sürətlə inkişaf etdiyi bildirilir.

Xəstəlik koqnitiv funksiyaların sürətlə azalması, məsələn, yaddaş funksiyalarının pisləşməsi ilə özünü büruzə verir. Həmçinin bu patologiya əzələ spazmaları, çəki itkisi, vestibülyar aparatın pozulması, ətraflarda ağrı ilə xarakterizə olunur. Bundan əlavə, xəstələr dövri hallüsinasiyalar yaşayırlar.

Həkimlərin fikrincə, bu xəstəlik ölüm nisbəti 100 % olan təhlükəli Kreytsfeldt-Yakob və ya dəli dana xəstəliyini xatırladır.

Hazırda Kanadada xəstəliyə 48 yoluxma halı qeydə alınıb. Lakin alimlər hesab edir ki, real rəqəmlər daha yüksək ola bilər. Bununla yanaşı, həkimlər sözügedən xəstəlik şübhəsi olan şəxslər arasında səkkiz ölüm halı qeydə alıblar.

Mənbə: İzvestiya