27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlament naziri istefaya göndərib

26.08.2018

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.
 İRNA informasiya agentliyi xəbər verir ki, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib. Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.
Xatırladaq ki, avqust ayının əvvəllərində İran rialı qara bazarda dollara nisbətdə rekord həddə - 120 min riala qədər ucuzlaşıb. Mayın sonlarında isə bu rəqəm 65 min rial təşkil edirdi. Bu proses inflyasiya və istehlak mallarının, yanacağın qiymətlərinin artması ilə müşayiət olunub. Bu da ictimaiyyət arasında narazılıq doğurub.