07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko Qazaxıstandakı etirazçılara müraciət edib

06.01.2022


"Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”.
 "Pul Pervogo” teleqram kanalına istinadən xəbər veririk ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

"Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, bu hadisələr Belarus üçün də dərs olub.

"Biz başa düşdük ki, bu bizim də başımıza gələ bilərdi. Məsələ onda deyil ki, biz dinc belaruslularıq. Belarusdakı məsələləri onsuz da belaruslular həll etməyəcəkdi”, - A.Lukaşenko vurğulayıb.