27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan yeni qırıcı təyyarə

26.08.2018

İranın Hərbi Hava Qüvvələrinin istifadəsinə tam yerli istehsal olan "Kövsər” qırıcı təyyarəsi verilib.
İran Hərbi Sənaye Təşkilatının icraçı direktoru general Əbülkərim Bəni Torfinin verdiyi məlumata görə, "Kövsər” hərbi qırıcı təyyarəsi tam milli istehsaldır və onun heç bir cihazı xaricdən alınmayıb. Bu təyyarə yüksək manevr imkanına malikdir və raketlə yanaşı, ağır bombalar da daşıya bilər. Təyyarənin mühərriki də yerli firmalar tərəfindən istehsal edilərək Hərbi Sənaye Təşkilatına verilib.
Təyyarənin təqdimat mərasimində iştirak edən Prezident Həsən Ruhani İranın hərbi sənayesinin gücləndiyini qeyd edərək diqqətə çatdırıb ki, İran bölgədə və dünyada sülhün bərqərar olmasına çalışır və yeni təyyarənin istifadəyə verilməsi müdafiə xarakteri daşıyır.