07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Olimpiya Stadionunda “Beşiktaş” - “Fənərbağça” matçı olacaqmı?

06.01.2022


2011-ci ildə keçirilməmiş Türkiyə Super Kubokunun finalı Bakıda oynanılacaq.

Bu iddia ilə məşhur türkiyəli jurnalist, futbol şərhçisi Ərtəm Şənər çıxış edib.

O bildirib ki, "Beşiktaş” - "Fənərbağça” matçı avqustda Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev isə açıqlamasında onlarda belə bir məlumat olmadığını bildirib.

Qeyd edək ki, həmin matç "Fənərbağça” prezidenti Aziz Yıldırımın rüşvət iddiasına görə baş tutmayıb. Yaxın günlərdə onun günahsızlığı sübuta yetirildiyindən, "Fənərbağça” həmin matçın təşkil olunmasını tələb edib.

Xatırladaq ki, 2011-ci ildə "Fənərbağça” Türkiyə Super Liqasının, "Beşiktaş” isə ölkə kubokunun sahibi olub.