08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sepah generalının heykəli yandırıldı

06.01.2022


İranın Kordşəhr bölgəsində hökumət rəsmiləri ötən gün səhər İraqda öldürülən SEPAH generalı Qasım Suleymaninin heykəlini ucaldıblar.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, dünən axşam saatlarında isə şəhərin gənc fəalları heykələ od vuraraq onu yandırıblar.

Qeyd edək ki, İran hökuməti müxtəlif şəhərlərdə Qasım Suleymaninin şəkillərini asaraq yaxud heykəllərini ucaldaraq xalqı onların "din" yolunda öldürüldüklərinə inandırmağa çalışsa da, insanlar əslində onun kim olduğunu çox yaxşı bilir.

Əhali artıq çox yaxşı anlayır ki, onlar din pərdəsi altında yüzlərlə oyunlardan çıxıb, minlərlə insanın qətlinə imza atıblar.