İstedadlı şagirdlər məktəbi vaxtından əvvəl bitirmək istəyərsə imtahan verəcək 
    
                          
     
                         05.01.2022
 
    
                        
Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.
İdarədən verilən məlumata görə, ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq.