Qazaxıstanda polislə etirazçılar arasında toqquşmalar başladı 
    
                          
     
                         05.01.2022
 
    
                         
Qazaxıstanın Almatı şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşmalar başlayıb.
Toqquşmalar nəticəsində bir neçə polisin xəsarət aldığı bildirilir.
Yüzlərlə etirazçı şəhər mərkəzinə çatmamış polis qüvvələri tərəfindən dayandırılıb.
Etirazçıların dəyənəklərlə silahlandığı bildirilir.
Təhlükəsizlik qüvvələri onlara qarşı xüsusi texnika, o cümlədən səs qumbaralarından istifadə edir.
Mənbə: Sputnik Qazaxıstan