04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Astara rayonunda bacılar qardaşını baltaladı

05.01.2022

 
Astara rayonunda bacılar qardaşına balta ilə xəsarətlər yetirib.

Hadisə rayonun Təngərud kəndində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik tam bəlli deyil.

Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.