04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni ildən dünyada bahalaşma gözlənilir

30.12.2021


Son illər ərzində anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib. 

Ən qorxulu məqam isə qlobal miqyasda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artımdır. Bu ilin yazında müşahidə olunan soyuq hava şəraiti Şimal yarımkürəsində, o cümlədən Aİ ölkələri, ABŞ və Kanadada buğda əkinlərinə mənfi təsir etdi. 

Qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşmasına görə yaranıb. İlin əvvəlindən bu yana buğdanın qiyməti təxminən 26 faiz artıb. Buğda əsas ərzaq təhlükəsizliyini təmin edən fundamental məhsul olduğundan inflyasiya risklərini də artırır.