04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur

30.12.2021


Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.
Bu saziş tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsindən sonra tərəflərdən hər hansı birinin sonuncu yazılı bildirişi aldıqdan 30 gün sonra qüvvəyə minəcək.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.