04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keçmiş icra başçısı Qənbər Qurbanov vəfat edib.

30.12.2021


Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Kəlbəcər rayonunun keçmiş icra başçısı Qənbər Qurbanov (Şəmşiroğlu) vəfat edib.

Bu barədə  mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Q.Şəmşiroğlu 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Şəmşiroğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.

Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı” ordeni, "Əmək igidliyinə görə” və "Əmək veteranı” medalları ilə təltif edilib.

Q.Şəmşiroğlu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atasıdır.