05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Araz Supermarketlər" şəbəkəsi ilə bağlı yoxlamalara başlanılıb

29.12.2021


Məlum olduğu kimi, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.

Monitorinqlər zamanı kütləvi informasiya vasitələrində "Business Insight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin "Araz Supermarketlər” şəbəkəsi olması barədə "Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.