05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lotu Qulinin adamı Odessa şəhərində qətlə yetirilib.

29.12.2021


Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Bu barədə məlumatı "Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada "Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunur ki, Nazir Əliyev qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.