Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği açıqlanıb  
    
                          
     
                         29.12.2021
 
    
                        
 DSMF sədri: "2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir”.
 
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb: 
"Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”. 
O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.